Bakı. 20 iyul. REPORT.AZ/ Bu gün səhər 09:55-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Gəncəyə uçmalı olan təyyarənin gecikməsinin səbəbi təyyarədə yaranan texniki problemdir. Bu barədə “Report”a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.
“Təyyarədə yaranan texniki problemə görə reys gerçəkləşdirilə bilmir”, - aeroportdan bildirilib. Uçuş reysi əvvəlcə 12:00-a, daha sonra isə 13:00-a keçirilib.
*** 11:51
Bu gün səhər 09:55-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Gəncəyə uçmalı olan təyyarə gecikir.
AZAL-dan “Report”a məlumat təsdiqlənib. Lakin təyyarənin gecikməsinin səbəbi açıqlanmayıb: “Gecikmənin səbəbi bilinmir. Reys təxirə salınmayacaq. Bakı-Gəncə reysinin təxminən saat 12:00 radələrində həyata keçirilməsi planlaşdırılır. Təyyarə həmin saatda havaya qalxsa, təxminən 13:00 radələrində Gəncəyə eniş edə biləcək”.
Qeyd edək ki, AZAL-ın 223 nömrəli uçuşunu "Embraer 190" model layner həyata keçirir.