Bakı. 18 may. REPORT.AZ/ Bakı Dairəvi-1 yolunda rahat hərəkətin təşkili üçün dəyişikliklər aparıldığına görə əsas yolla köməkçi yol arasında yerləşən təhlükəsizlik sədlərinin sökülməsi işləri görülür.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən "Report" a verilən məlumata görə, sözügedən işlər axşam saatlarınadək davam etdiriləcək. Bununla əlaqədar olaraq sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.