​Bakı avtovağzalı qarşısındakı sürüşmənin baş vermə səbəbləri araşdırılır

Bakı. 7 oktyabr. REPORT.AZ/ Sumqayıt-Bakı şosesində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verən sürüşmə ilə əlaqədar əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və "Azəryolservis" ASC-nin Elmi-Tədqiqat Universitetinin əməkdaşları cəlb olunublar. Hazırda mütəxəssislər hadisənin başvermə səbəblərini araşdırırlar.

Bunu "Report"a açıqlamasında "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, yol sürüşməsinin və çatların əsas avtomobil yoluna keçməməsi üçün hazırda ərazidə qabaqlayıcı tədbirlər görülür. 

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53