Bakı aeroportu: Qroznı-Bakı birbaşa uçuşlarının bərpası qış cədvəlinə daxil edilməyib

Qroznı-Bakı istiqamətində birbaşa aviareyslərin oktyabrın sonundan etibarən yenidən həyata keçirilməsi nəzərdə tutulmur.

Bu barədə "Report"a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

"Hazırda aeroportun qış mövsümü üçün təsdiq olunmuş uçuş cədvəlində Qroznı-Bakı istiqamətində birbaşa reys planlaşdırılmayıb", - açıqlamada qeyd edilib.

Bundan öncə Qroznı Beynəlxalq Aeroportu oktyabrın 27-dən başlayaraq "Utair" aviaşirkətinin Qroznı-Bakı marşrutu üzrə müntəzəm birbaşa uçuşları yenidən icra edəcəyini elan edib.

Digər xəbərlər