Bu ilin sonuna qədər 100 minə yaxın su sayğacının quraşdırılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu "Azərsu " ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib.
"Bu gün hələ ki, abonentlərimizin 11 %-i sayğacla təmin edilməyib. Bakının Türkan və Zirə qəsəbələrində sayğaclara baxışla bağlı ən çətin vəziyyətdir. Çünki sayğaclar darvazalardan içəridədir", - A.Cəbrayıllı əlavə edib.