Son illər Abşeron yarımadasında fasiləsiz su təminatı göstəricisi 30%-dən 81%-ə çatdırılıb.
“Report” xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov məlumat verib.
“Bakıətrafı 27 qəsəbədə - 40 ünvanda fasiləsiz su təminatı həyata keçirilib. Bunun üçün 270 km yeni su xətti çəkmişik”, - deyə o, qeyd edib.