“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyevin mayın 25-də, saat 10:00-da Balakən rayonunda Balakən və Zaqatala sakinləri üçün keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu təxirə salınıb.
Bu barədə "Report"a qurumdan bildirilib.
Qəbulun yeni tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.