"Azəristiliktəchizat"ın rəhbərliyi Xaçmazda vətəndaşları qəbul edəcək

Oktyabrın 20-də, saat 10:00-da “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri üçün vətəndaş qəbulu keçirəcək.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, qəbul Xaçmaz şəhəri, Heydər Əliyev küçəsi , Şəxsiyyətlər Muzeyində keçiriləcək.

Məlumat və əlaqə üçün:
(+994 77) 419 00 63
(+994 77) 418 00 18
E-poçt: info@azeristilik.gov.az

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53