“Azəristiliktəchizat"ın rəhbərliyi Göyçayda vətəndaşları qəbul edib

“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Göyçay şəhərində Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, qəbulda vətəndaşların Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətləri cavablandırılıb, həlli araşdırma tələb edən məsələlər aidiyyəti şöbələrin icraatına göndərilib.

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53