“AS İnşaat-N” MMC 2020-ci ili 558 min manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 3,6 dəfə azdır.
Bu il yanvarın 1-nə “AS İnşaat-N”nin aktivləri 11,272 milyon manat olub ki, bu da illik müqayisədə 31,35% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 37,9% artaraq 7,751 milyon manata, balans kapitalı 20,7% artaraq 3,522 milyon manata çatıb.
Xatırladaq ki, “AS İnşaat-N” 2003-cü ildə yaradılıb, "AS Qrup İnvestment" MMC-yə daxildir, Azərbaycanın aparıcı inşaat şirkətlərindən biridir. Onun nizamnamə kapitalı 100 min manatdır.