Bakı. 5 may. REPORT.AZ/ Dövlət Radiotezliklər İdarəsində 449 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən "Report"a verilən məlumata görə, bu statistika aprelin 1-ə qədər qeyd alınan rəqəmlərdir.
Məlumata görə, onlardan 69 istifadəçi dövlət, 312 istifadəçi kommersiya, 32 istifadəçi xarici təşkilat və 36 istifadəçi isə fiziki şəxslərdir.