Azərbaycanda müasir suvarma sistemlərinin xüsusi çəkisi 5%-dir

“Azərbaycanda istehsal edilən suyun 74%-i aqrar sektorda istifadə edilir”.

“Report” xəbər verir ki, bunu "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov Bakıda Almaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən və su infrastrukturunun davamlı inkişafına həsr edilmiş “Davamlılıq Forumu 2021” tədbirində bildirib.

Onun sözlərinə görə, su resurslarının 30%-i itkiyə məruz qalır.

“Ölkədə suvarma əksər hallarda selləmə şəklində həyata keçirilir. Suvarılan sahələlərin cəmi 5%-də müasir suvarma sistemləri tətbiq edilir. Kim sudan mütərəqqi üsulla istifadə edirsə ona hansısa güzəştin verilməsi və digər məsələlər üzərində çalışılır", - deyə R.Aslanov qeyd edib.

Digər xəbərlər