Bu ilin I rübündə Azərbaycanda hava nəqliyyatı ilə 1 393,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 44,2 % çox sərnişin daşınıb.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, daşımaların 99,9 %-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Son 1 ildə hava nəqliyyatı yükdaşımanın həcmi isə 15,5 % artaraq 162 min ton olub.