Bakı. 17 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1,5 mln. sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,4% çoxdur.
"Report"un Dövlət Statistika Komitəsinin hesabatına əsasən verdiyi xəbərə görə, sərnişindaşımanın 99,7%-i dövlət, 0,3%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib.
Həmçinin qeyd olunur ki, hava nəqliyyatı növü ilə daşınan yüklərin həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,6% artaraq 99,3 min tona çatıb.