Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələri ilə bağlı Yol Xəritəsində bu nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı 4 istiqamət müəyyən olunub.
"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov bu gün keçirilən "Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı" mövzusunda konfransda deyib.
O, bildirib ki, bunlar elektrik mühərrikli və hibrid nəqliyyat vasitələri sahəsində təhlillər və qiymətləndirmənin aparılması, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı təkliflərin hazırlanması, elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi üzrə maliyyə əlçatanlığının təmin edilməsi, elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin təşviqi üzrə zəruri infrastrukturun yaradılmasıdır:
"Aparılan təhlillərlə müəyyən edilib ki, Azərbaycana elektrik mühərrikli avtomobillərin idxalı 2019-cu ildə 132 ədəd, 2020-ci ildə 167 ədəd, 2021-ci ildə 160 ədəd olub. Hibrid avtomobillərin isə idxalı 2019- cu ildə 3 645 ədəd, 2020-ci ildə 5 081 ədəd, 2021-ci ildə 12 936 ədəd təşkil edib. Atılan addımlar nəticəsində ötən ll Azərbaycana idxal edilən elektrik mühərrikli avtomobillərin sayı artaraq 486 ədəd olub. 2023-cü ildə isə fevralın 20-nə qədər bu avtomobillərin idxalı 195 ədəd təşkil edib. İstehsal tarixi 3 ildən və mühərrikin həcmi 2 500 kubsantimetrdən çox olan hibrid avtomobillərin isə sayı ötən il 3 026 ədəd olub (2021-ci ildə 805 ədəd). Bu il fevralın 20-nə qədər isə bu avtomobillərin idxalı 673 ədəd təşkil edib".
İ.Hüseynov əlavə edib, maliyyə əlçatanlığının təmin olunması istiqamətində atılan addımlar nəticəsində elektrik mühərrikli avtomobil üçün kredit alarkən ilkin ödəniş 10 %, hibrid müəhrrikli avtomobil üçün isə 20 % təşkil edir: "Əvvəllər isə ilkin ödəniş 40 % idi".
Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələri ilə bağlı 4 istiqamət müəyyən olunub
Digər xəbərlər
Vlaysavleviç: Süni intellekt manipulyasiya alətinə çevrilməməlidir
27 oktyabr, 2026 / 15:58
ADY yeni rayonlararası sərnişin qatarları alır
27 oktyabr, 2026 / 15:56
AIREX 2026ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
27 oktyabr, 2026 / 15:39
Azərbaycan və Niderland birbaşa uçuşların perspektivini müzakirə ediblər
27 oktyabr, 2026 / 15:35
Akif Quliyev: Kür çayının su səviyyəsinin yaxın illərdə azalması gözlənilmir
27 oktyabr, 2026 / 14:57
Akif Quliyev: Həkəriçay su anbarı 700 minə yaxın əhalini içməli su ilə təmin edəcək
27 oktyabr, 2026 / 14:19
Azərbaycanda 10 yeni su anbarının tikintisi nəzərdə tutulub
27 oktyabr, 2026 / 14:00
Azərbaycan və Niderland şirkəti yük axınının artırılmasını müzakirə ediblər
27 oktyabr, 2026 / 13:34
ADSEA: Yengicə su anbarı 10 min hektar torpaq sahəsinin su təminatını yaxşılaşdıracaq
27 oktyabr, 2026 / 12:57
Bakıda 95 küçə və prospektdə təmir başa çatıb
27 oktyabr, 2026 / 10:17
Həzi Aslanov-İçərişəhər metro xəttində birbaşa hərəkət bərpa olunub
27 oktyabr, 2026 / 08:29
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
27 oktyabr, 2026 / 08:18
Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib
26 oktyabr, 2026 / 17:45
Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib
26 oktyabr, 2026 / 16:04
Qarabağ və Şərqi Zəngəzurda 100-dən çox kənd və qəsəbənin ərazi planlaşdırılması başa çatdırılıb
26 oktyabr, 2026 / 15:17
Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
26 oktyabr, 2026 / 15:05
Azərbaycanda Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılır
26 oktyabr, 2026 / 12:55
ASCO avtotexnika daşımalarının həcmini 15 % artırıb
26 oktyabr, 2026 / 12:17
AzParking tətbiqinə yeni funksiyalar əlavə edilib
26 oktyabr, 2026 / 12:15