Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycana Qazaxıstandan yük qatarı üçün yeni teplovoz gətirilib. Bunu "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
N.Əzməmmədovun sözlərinə görə, bu teplovozlar tamamilə yenidir və Qazaxıstan-ABŞ birgə istehsalıdır: "Teplovozlar ABŞ-ın "General Motors" (GM) şirkətinin sifarişi əsasında Qazaxıstanda yığılıb".
Qeyd edək ki, iki ölkə arasında imzalanan müqaviləyə görə, Azərbaycana ümumilikdə 10 yük teplovozunun gətirilməsi nəzərdə tutulub.
Bir teplovozun gücü 3 500 at gücünə bərabərdir.