BMT rəsmisi: "Azərbaycan statistika üzrə Avropa standartlarının tətbiqində öndə gedir"

“Azərbaycan statistika sahəsində Avropa standartlarının tətbiqi üzrə MDB ölkələri arasında öndə gedir”. 

“Report” xəbər verir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının statistika şöbəsinin regional məsləhətçisi Stiven Vale (Steven Vale) deyib.

Onun sözlərinə görə, Azərbaycan digər sahələrdə olduğu kimi statistika sahəsində də mühüm uğurlar əldə edib: "Azərbaycan "Dövlət Statistika Komitəsinə Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsi çərçivəsində Avropa standartlarını tətbiq edib". 

Xatırladaq ki, bu gün Bakıda sözügedən layihənin yekunlarına həsr olunmuş konfrans keçirilib.

Digər xəbərlər