Azərbaycan-Rusiya sərhədində yeni gömrük-keçid məntəqəsi tikiləcək

Qazax. 23 iyun. REPORT.AZ/ "Azərbaycanda yeni gömrük-keçid məntəqəsi tikiləcək". 

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov deyib.

O bildirib ki, yeni gömrük-keçid məntəqəsi Rusiya ilə sərhəddə tikiləcək: "Yeni gömrük buraxılış məntəqəsi Xaçmaz Gömrük İdarəsinə aid "Xanoba" gömrük-keçid məntəqəsi olacaq. Bu məntəqədə bir tərəfin yoxlayacağı nəqliyyat vasitələri qarşı tərəfdə yoxlanılmayacaq".

Komitə rəsmisi qeyd edib ki, artıq bu məsələ ilə bağlı komissiya yaradılıb və işlər aparılır. 

Digər xəbərlər