Azərbaycan Qazaxıstandan 10 teplovoz alacaq

Bakı. 3 avqust. REPORT. AZ/ Bu gün Azərbaycan və Qazaxıstan arasında yeni yük teplovozların alınmasına dair müqavilə imzalanacaq. "Report"un məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib. 

C.Qurbanov qeyd edib ki, bu, müstəqil Azərbaycanın tarixində ilk analoji müqavilədir. Belə ki, yük qatarları üçün nəzərdə tutulan bu teplovozlar Qazaxıstan-ABŞ birgə istehsalıdır. Müqavilə sayəsində Azərbaycan 10 yük qatarı alacaq.

C.Qurbanov əlavə edib ki, yaxın vaxtlarda Fransanın "Altsom" şirkətindən 50 ədəd elektrovoz alınması planlaşdırılır.

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53