Sabahdan başlayaraq sentyabrın 24-nə qədər Rusiyanın paytaxtı Moskvada “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, sərgidə Azərbaycanın 20-dən çox şirkətinin istehsal etdiyi meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, çay, süd məhsulları, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və s. vahid ölkə stendi ilə nümayiş etdiriləcək. Həmçinin, sərgidə ölkəmizin mədəniyyəti və mətbəxi, turizm, biznes və investisiya imkanları təbliğ olunacaq.
Azərbaycan bu il artıq 5-ci dəfə “WorldFood 2021” sərgisində vahid ölkə stendi ilə təmsil olunacaq.