Azərbaycan əhalisi bu il 1,6 milyard manatlıq yanacaq alıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 609,7 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 % çoxdur.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 6,1%-i avtomobil benzini və dizel yanacağının payına düşüb.

Digər xəbərlər