Azərbaycan Beynəlxalq Dəniz Təşkilatı ilə potensial əməkdaşlığı müzakirə edib

Azərbaycanla Beynəlxalq Dəniz Təşkilatı (IMO) arasında potensial əməkdaşlıq müzakirə edilib.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"IMO-nun Baş katibi Arsenio Dominquez ilə görüşdük. Ölkəmizdə dənizçilik sahəsində həyata keçirilən yeniliklər və planlaşdırılan işlər haqqında məlumat verdik. Qarşılıqlı məqsədlərimizə nail olmaq üçün IMO ilə potensial əməkdaşlığı müzakirə etdik", - deyə o qeyd edib.

Digər xəbərlər