Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “4 №-li Magistral Yolların İstismarı” MMC-nin direktoru Vüsal Kərimov vəzifəsindən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik Mübariz Paşayevə həvalə olunub.

Xatırladaq ki, “4 №-li Magistral Yolların İstismarı” şirkəti 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 42 milyon manatdır.

Digər xəbərlər

Nizami rayonunda iki gün su olmayacaq 19 oktyabr, 2026 / 01:28