Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “Körpülərin İstismarı və Təmiri Müəssisəsi” MMC-nin direktoru Eldar Babayev vəzifəsindən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik Mərdan Heybətova həvalə olunub.

Xatırladaq ki, “Körpülərin İstismarı və Təmiri Müəssisəsi” şirkəti 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20 manatdır.

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53