Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlara müraciət edib

Küçə və yollarda qarşılaşdığınız hər-hansı problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) elektron poçtuna (muraciet@aayda.gov.az) və yaxud qurunun sosial şəbəkələrdəki hesabları vasitəsi ilə (inbox) müraciət etməyiniz sizdən xahiş olunur.

"Report" xəbər verir ki, bu barədə AAYDA-nın vətəndaşlara müraciətində bildirilir.

"Göndərdiyiniz müraciətə mütləq şəkildə problemi göstərən FOTO və ya VİDEO əlavə edin. Küçə və yollarda rahat gediş-gəlişinizin təmin olunması istiqamətində agentliyimizin çevik və effektiv fəaliyyətinin təmin olunması, problemin qısa müddət ərzində həll olunması üçün Sizin şikayət və təkliflərinizin bilavasitə bizə bildirməyiniz olduqca vacibdir.

Sizin hər-birinizin fikri bizim üçün çox önəmlidir!", - deyə qurum bəyan edib.

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53