Bakı. 24 aprel. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC yeni endirim kampaniyasına start verib. Kampaniya iyunun 30-dək davam edəcək.
Aviaşirkətdən “Report”a verilən məlumata görə, aviabiletlərin alınma və uçuş tarixləri eyni dövrü əhatə edir. Aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir, məntəqədə maksimum qalma müddəti bir aydır.
| Bakı-Barselona-Bakı | 498 manat |
| Bakı-Paris-Bakı | 529 manat |
| Bakı-Milan-Bakı | 499 manat |
| Bakı-Dubay-Bakı | 399 manat |
| Bakı-Roma-Bakı | 509 manat |
| Bakı-Praqa-Bakı | 491 manat |
| Bakı-Minsk-Bakı | 371 manat |
| Bakı-İstanbul-Bakı | 265 manat |
| Bakı-Lvov- Bakı | 276 manat |