Bakı. 23 oktyabr. REPORT. AZ/ "Azərbaycan Hava Yolları" QSC (AZAL) və Macarıstanın "Wizzair" lou-kost aviaşirkəti noyabrın 28-də əməkdaşlığa dair rəsmi müqavilə imzalayacaq.
"Report" un məlumatına görə, bu haqda AZAL-ın vitse-prezidenti Arif Məmmədov açıqlama verib. O, bildirib ki, "Wizzair"lə AZAL artıq razılaşma əldə edib: "Biz onlara artıq qış mövsümündən Budapeştə aviauçuşlar həyata keçirməyi təklif etdik. Onlar isə mart ayından öz istədikləri güzəştlər əsasında aviareyslər bərpa etmək qərarına gəldilər.