AZAL sərnişinləri üçün yeni təhlükəsizlik təlimatı təqdim edib

Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" QSC (AZAL) təyyarədə sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə təlimat videosu hazırlayıb.

Bu barədə "Report"a AZAL-dan bildirilib.

Məlumata görə, təhlükəsizlik təlimatında kəmərlərdən düzgün istifadə, əşyaların salonda yerləşdirilməsi və fövqəladə hallarla bağlı davranış qaydaları göstərilir.

"Bu video, həmçinin Azərbaycanın mədəni irsi və gözəlliklərini vurğulayır", - deyə aviaşirkət bəyan edib.

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53