AZAL Bakı-Krasnoyarsk aviareysini ucuzlaşdırıb

Bakı. 7 iyul. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC Bakı-Krasnoyarsk istiqamətindəki uçuşlarında xüsusi aksiyaya start verib. Şirkətdən “Report”a verilən məlumata görə, uçuşun qiyməti 170 avrodur (197 manat).

Biletlərin satışı və uçuşlar avqustun 7-nə kimi davam edəcək. Aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Bu siniflər üzrə "mile" ballar hesaba əlavə olunmur, məntəqədə maksimum qalma müddəti bir aydır, qiymətlərə yığımlar və rüsumlar daxildir. 

Digər xəbərlər

ADY-də qanvermə aksiyası keçirilib 15 oktyabr, 2026 / 16:53