AZAL Almatıya uçuşlara başlayacaq

Bakı. 8 yanvar. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu il aprelin 2-dən Bakı-Almatı-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq.

Bu barədə “Report” aviaşirkətə istinadən xəbər verir. 

Reyslər həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri, ekonom sinif, komfort-klub və biznes sinif konfiqurasiyalı "Airbus A319" tipli təyyarələrlə, Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalından həyata keçiriləcək.

Digər xəbərlər