Anar Quliyev Ağdaşda vətəndaşları qəbul edib

Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ağdaş şəhərində Ucar, Zərdab, Kürdəmir, Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib.

"Report" Komitəyə istinadən xəbər verir ki, qəbulda torpaq münasibətləri, şəhərsalma və tikinti fəaliyyəti, eləcə də sahibkarlıq təşəbbüsləri ilə bağlı müraciətlər dinlənilib. Vətəndaşların qaldırdıqları məsələlər ətrafında müzakirələr aparılıb, onların həlli imkanları nəzərdən keçirilib.

Müraciətlərin bir qismi ilə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, əlavə araşdırma tələb edən məsələlərin isə qanunvericiliyə uyğun şəkildə həlli istiqamətində aidiyyəti struktur bölmələrə tapşırıqlar verilib.

Digər xəbərlər

Masallıda 2 kəndin yolu yenilənib 01 oktyabr, 2026 / 15:05