Bu ilin aprel ayında ABŞ-da işsizlərin xüsusi çəkisi 3,6%-ə düşərək 49 illik minimumu yeniləyib.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Xatırladaq ki, mart ayında sözügedən göstərici 3,8% təşkil edib. Bu ölkənin Əmək Nazirlyinin açıqlamasına görə, ötən ay kənd təsərrüfatına aid olmayan sahələrdə iş yerlərinin sayı 263 min vahid artıb.
“Reuters” agentliyinin analitikləri aprel ABŞ-da işsizlik göstəricisinin 3,8% qalacağını, iş yerlərinin isə 181 min vahid artacağını proqnozlaşdırırdı.
Ötən ay ABŞ-da hər iş saatına ödənilən əmək haqqı isə illik müqayisədə 3,2%, aylıq müqayisədə isə 0,2% artaraq 27,77 dollara çatıb.