Avtomobil bazarında beynəlxalq ticarətin genişlənməsi, xüsusilə ABŞ-dən Avropa və Asiya ölkələrinə nəqliyyat axınının artması logistika şirkətləri üçün yeni imkanlar yaradır. Azərbaycanda isə bu rəqabətli sahədə seçilmək, müştəridə güvən yaratmaq və peşəkar xidmət göstərmək əsas prioritetlərdəndir.
“Report” bu istiqamətdə, yəni ABŞ-dən Azərbaycana avtomobil idxalı sahəsində dilerlərin üzləşdiyi əsas problemləri və onların həlli yollarını araşdırıb.
“GLB Logistics” şirkətinin korporativ satış rəhbəri Üzeyir Cahangirovun sözlərinə görə, ABŞ-dən avtomobillər əsasən hərraclar vasitəsilə əldə olunur və daha sonra müştərilərin yerləşdiyi ölkələrə çatdırılır:
“Biz əsasən Gürcüstan, Qazaxıstan, Azərbaycan və Qırğızıstana avtomobil tədarükü həyata keçiririk. Bundan əlavə, BƏƏ-nin Dubay şəhərinə və Avropa ölkələrinə də daşıma xidmətləri göstəririk”.
O bildirib ki, daşımalar əsasən ABŞ-in Corciya ştatındakı Savanna limanından, həmçinin Nyu-York, Florida və Çikaqo limanlarından gəmi vasitəsilə həyata keçirilir:
“2024-cü ildə “GLB Logistics” şirkəti Qafqaz regionuna 35 000-dən çox avtomobil göndərib. Daşınma müddəti 45-90 gün arasında dəyişir və bu, hava şəraiti və sənədləşmə prosesi kimi amillərdən asılıdır. Sənədlərlə bağlı hər hansı problemin operativ həlli üçün ABŞ-də xüsusi lisenziya almışıq”.
Ü.Cahangirov qeyd edib ki, “GLB Logistics” maliyyə təhlükəsizliyini təmin etmək üçün bütün ödənişləri banklar vasitəsilə həyata keçirir:
“Müştərilərimiz hərracda şəffaf şəkildə iştirak edə bilir. Xüsusilə diler müştərilərimiz üçün fərdi koordinatorlar ayrılır, ABŞ-də sənədlərlə bağlı yaranan istənilən problem təmənnasız həll edilir. Elektrikli, JEEP və hibrid avtomobillər üçün əlavə ödənişlər tələb olunmur. Hərracdan alınıb dilerə təhvil verilənədək hər bir mərhələ sənədlə rəsmiləşdirilir. Bundan əlavə, dilerlər üçün saytda xüsusi kabinet yaradılır ki, bu da idarəetməni asanlaşdırır”.
Onun sözlərinə görə, “GLB Logistics” Qafqaz regionunda Beynəlxalq Daşıma Sertifikatı olan şirkətlər siyahısındadır və müştərilərə daima əlverişli şərtlər ilə “Premium” səviyyədə təqdim edir:
“Bakıda ofisimiz fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən bəzi logistika şirkətlərinin isə ölkəmizdə ofisi belə yoxdur - onlar xarici şirkətlərin nümayəndəlikləridir. Bizim həmçinin Gürcüstan və ABŞ-də də ofislərimiz mövcuddur”.
Şirkət rəsmisi bu sahədə əsas meyarın etimad olduğunu vurğulayır:
“Dilerlərimizlə avtomobil fotolarını və izləmə kodlarını paylaşırıq. ABŞ-də 14 anbar var və bunlar Nyu-Cersi, Savanna, Hyuston, Mayami, İllinoyis, İndiana, Los-Anceles, Heyvard, Sietl, Alyaska, Havay, Toronto, Tenessi və sair yerdə yerləşir. Bu da ölkə daxilində daşımaların sürətini artırır. Hərracdan sonra avtomobil 1 gün ərzində anbardan götürülür və 3 gün ərzində konteynerə yüklənir”.
Ü.Cahangirovun sözlərinə görə, şirkət hər bir avtomobili hərracdan alındığı andan müştəriyə təhvil verilənə qədər sığortalayır:
“Əgər daşınma zamanı hər hansı problem yaranarsa, sığorta bütün xərcləri qarşılayır. Digər şirkətlərlə müqayisədə daha uyğun şərtlərlə sığorta təqdim edirik. Bazarda bəzi şirkətlər isə ümumiyyətlə avtomobilləri sığortalamır və ya yalnız daxili sığortadan istifadə edirlər. Biz isə müstəqil beynəlxalq sığorta şirkətləri ilə işləyirik və avtomobilləri tam rəsmi şəkildə sığortalayırıq”.
Ümumiyyətlə, “GLB Logistics” şirkətinin əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycana avtomobil alqı-satqısı ilə məşğul olan dilerlərə ən yüksək səviyyədə xidmət göstərməkdir.