Xalq artisti Kamil Vəzirov Yasamal qəbiristanlığında dəfn olunacaq

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycanın xalq artisti, qarmon ifaçısı Kamil Vəzirov Yasamal qəbiristanlığında dəfn olunacaq.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov məlumat verib.

O bildirib ki, K.Vəzirovla vida mərasimi sabah saat 11:00-da yaşadığı evdə təşkil olunacaq.

Qeyd edək ki, xalq artisti bu gün müalicə aldığı Respublika Klinik Xəstəxanasında dünyasını dəyişib.

Digər xəbərlər