Şimali Osetiya teatrı Bakıya qastrol səfərinə gəlir

Bakı. 3 aprel. REPORT.AZ/ Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrı (Rusiya, Şimali Osetiya Respublikası – Alaniya) aprelin 7-dən 9-dək Bakıya qastrol səfəri edəcək. 

Gənc Tamaşaçılar Teatrından "Report"a verilən məlumata görə, kollektiv üç gün ərzində “Потеха для смеха” nağılının motivləri əsasında O.Rozumun “Жили-были” tamaşasını nümayiş etdirəcək.

Tamaşanın quruluşçu rejissoru Amzor Barakov, quruluşçu rəssamı Svetlana Sitoxova, xoreoqrafı Valeri Suanov, musiqi tərtibatçıları Qabriel Qabarayev, Diana Sarukayevadır.

Qastrol tamaşasında Marat Dzqoyev, İrina Besolova, Zalina Djiqkayeva, Atsamaz Vasilyev iştirak edəcəklər.

Xatırladaq ki, aprel ayının son günlərində Gənc Tamaşaçılar Teatrının kollektivi gənc yazar Pərvinin “Dəcəl keçi” tamaşası ilə Rusiyaya qastrol səfərinə gedəcək və Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq. 

Digər xəbərlər