“Səma” rəqs ansamblının hesabat konserti keçiriləcək

Bakı. 20 dekabr.REPORT.AZ/  Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon Mədəniyyət Mərkəzinin “Səma” rəqs ansamblının multikulturalizmə həsr olunmuş hesabat konserti keçiriləcək.

İdarədən "Report"a verilən məlumata görə, tədbir dekabrın 24-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında olacaq.

Konsertdə ansamblın  ifasında Azərbaycan və dünya xalqlarının rəqsləri nümayiş olunacaq. Konsert proqramında əməkdar artist Ədalət Şükürov, Samirə, Niyam Salami də iştirak edəcək.

Digər xəbərlər