Rusiyanın tanınmış bəstəkarı vəfat edib

Bakı. 13 iyun. REPORT.AZ/ Rusiyanın tanınmış bəstəkarı Oleq Karavayçuk 89 yaşında Sankt-Peterburqda vəfat edib.

"Report" xəbər verir ki, mərhum bəstəkar 17 simfoniyanın müəllifidir.

Oleq Karavayçuk 200-dən çox film və tamaşaya musiqi yazmaqla yanaşı, klassiklə müasir musiqiləri sintez edərək klassik və müasir baletlər yaradıb.

Digər xəbərlər