Rusiyanın tanınmış aktyoru xəstəxanaya yerləşdirilib

Bakı. 3 iyun. REPORT.AZ/ Rusiyanın tanınmış aktyoru xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə Aleksandr Lazarevin (oğul) işlədiyi "Lenkom" Teatrı məlumat yayıb.

Aktyorun yüksək qan təzyiqindən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, 49 yaşlı aktyor Rusiyanın xalq artistləri Aleksandr Lazarev və Svetlana Nemolyayevanın oğludur. 

Digər xəbərlər

Macar rejissor Bela Tarr vəfat edib 06 yanvar, 2026 / 16:30