Nataliya Jukova: “Qobustan kodları” layihəsi çərçivəsində ezoterik turizm mərkəzi yaradılacaq

“Qobustan kodları” kolleksiyasının məqsədi bu məkanın populyarlaşdırılmasında növbəti addımı atmaqdır.

“Report” xəbər verir ki, bunu “Nine Senses”in akademik direktoru Nataliya Jukova bildirib.

"Bu kolleksiyanın ideyası bütün insanların birliyi və hər birimizin daxilində ilahi nurun olması haqqındadır. Bu fikirlər geyimlərin dizaynının inkişafında da öz əksini tapıb", - o deyib.

N.Jukova qeyd edib ki, “Qobustan kodları” layihəsi çərçivəsində ezoterik turizm mərkəzinin yaradılması planlaşdırılır: "Hazırda o, hazırlanma mərhələsindədir. Biz onun Qobustanda yerləşməsini istərdik. Mərkəz bütün inancları, təlimləri və dinləri birləşdirəcək".

“Qobustan kodları” kolleksiyanın yerli "Amariny Concept" brendinin dizayneri Günay Əliyeva bildirib ki, xarici “Fashion week”lərin birində şou planlaşdırılır: "Biz həmçinin bu brendi bütün dünyada satışa çıxarmağa hazırlaşırıq".

Qeyd edək ki, “Nine Senses” incəsənət mərkəzində yerli “Amorini Concept” brendinin “Qobustan kodları” kolleksiyasının nümayişi keçirilib.

Kolleksiyanın əsas motivi incəsənət adamları və zamanın vəhdətini simvolizə edən çevrə olub.

Digər xəbərlər