Mikelancelonun eskizi 27,2 milyon dollara satılıb

İntibah dövrünün rəssamı və heykəltaraşı Mikelancelo Buonarrotinin (1475-1564) rəsmi "Christie's" hərracında 27,2 milyon dollara satılıb.

"Report"un məlumatına görə, bu barədə hərrac evinin mətbuat xidməti xəbər verib.

"Christie's"in mütəxəssisləri əvvəllər məlum olmayan qırmızı təbaşir eskizində Liviya sivilinin sağ ayağının təsvir olunduğunu müəyyən ediblər. "Peyğəmbər qadın"ın fiqurunu Vatikandakı Sikstin kapellasının freskalarında görmək olar.

Lotun başlanğıc qiyməti 1,5-2 milyon dollar olub. Hərrac 45 dəqiqədən çox davam edib və rəsmin anonim alıcı tərəfindən 27,2 milyon dollara alınması ilə başa çatıb.

Digər xəbərlər

Macar rejissor Bela Tarr vəfat edib 06 yanvar, 2026 / 16:30