Lənkəranda gənc kinematoqrafçının filminin təqdimatı olub.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, təqdimat mərasimi pandemiya qaydalarına riayət edilməklə təşkil olunub.
Təqdimatı keçirilən “Köz təndir” adlı qısametrajlı bədii-sənədli filmin müəllifi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsinin kinorejissorluq ixtisasında təhsil alan, III kurs tələbəsi Səməd Mehribandır.
Filmin quruluşçu operator və bəstəkarı Məhəmməd Osman, montajçısı Səməd Mehriban və Məhəmməd Osman, poster dizayneri Aslan Ağamirzəyevdir.
Filmin prodüserləri Rahim Ağayev və Orxan Atadır.
“Köz təndir” Bakı küçələrinin birində çörək bişirməklə pul qazanan iki qadının qısa həyat hekayəsidir.
Filmin yaranma səbəbindən danışan müəllif deyib: “Hər bir insanın maraqlı hekayəsi var. Bu hekayələrlə tanış olmaq üçün gərək səbrli olub dinləməyə vərdiş edəsən. Filmin qəhrəmanları ilə bir ildən artıq bir müddət ərzində demək olar ki, hər gün bir neçə saniyə (çörək alarkən) ünsiyyətdə olmaq şansım olurdu. Daha sonra isə onlar haqqında film çəkmək qərarına gəldim və filmi çəkmək üçün qəhrəmanlarımdan icazə aldım. Çəkiliş zamanı filmin qəhrəmanları haqqında əvvəllər bilmədiyim bir çox yeni məqamlarla tanış oldum. Qəhrəmanlarımın hekayələri həyata baxışımda bir sıra dəyişikliklərə səbəb oldu və ümid edirəm ki, filmi izləyənlər də ondan hansısa faydalar əldə edə biləcəklər”.
S.Mehriban həmkarlarını Lənkərana, cənub regionuna dəvət edib. Bildirib ki, yaradıcılıqla məşğul olan hər kəs burada özü üçün maraqlı nəsə kəşf edə bilər. Sonda müəllif Lənkəran şəhərində gənc kinematoqrafçıların işlərindən ibarət festivalın təşkil olunmasını da arzu etdiyini vurğulayıb.
Filmin nümayişindən sonra gender bərabərliyi mövzusunda müzakirələr aparılıb və bununla da təqdimat başa çatıb.
Lənkəranda gənc kinematoqrafçının filmi təqdim edilib
Digər xəbərlər
Türk Dünyası Kino Zirvəsində Azərbaycanın kino sənayesi geniş şəkildə nümayiş etdirilib
04 noyabr, 2026 / 12:03
Baku Steel Company Baku Steel Art 2026 layihəsində sənaye ilə incəsənəti bir araya gətirir
03 noyabr, 2026 / 14:21
Bakıya uçuş festivalı çərçivəsində Fərhad Xəlilovun yubiley sərgisi nümayiş olunur
30 oktyabr, 2026 / 13:32
Milli İncəsənət Muzeyində Aydan Salahovanın Qız Qalası fərdi layihəsinin təqdimatı olub
30 oktyabr, 2026 / 12:33
Acarıstanın mədəniyyət naziri Azərbaycanla birgə orkestrin yaradılmasını təklif edib - Eksklüziv
28 oktyabr, 2026 / 17:32
Əminə Məlikova: Azərbaycan Xalça Muzeyi ziyarətçilərlə ənənəvi incəsənət vasitəsilə dialoq qurur
28 oktyabr, 2026 / 16:00
Fidan Hacıyeva Naxçıvanda konsert və ustad dərsləri verib
28 oktyabr, 2026 / 12:01
UNCTAD: Striminq xidmətləri musiqi sənayesi gəlirlərinin 70 %-ni formalaşdırır
27 oktyabr, 2026 / 14:27
Bakı Beynəlxalq İncəsənət Festivalının paralel proqramı elan edilib
26 oktyabr, 2026 / 17:15
Azərbaycan mücrüləri Vaşinqtonda təqdim edilib
21 oktyabr, 2026 / 11:07
Kino Agentliyi: 44 filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq
19 oktyabr, 2026 / 13:59
Memarlar Sadıq Dadaşovla Mikayıl Useynovun Bakıda ucaldılacaq abidəsinin yeri dəyişdirilib
13 oktyabr, 2026 / 16:07
Fly to Bakunun interaktiv layihələrinin məzmunu açıqlanıb
06 oktyabr, 2026 / 13:31
Cənnətin iqamətgahı sənədli-musiqili-etnoqrafik filmi təqdim olunub
03 oktyabr, 2026 / 20:39
44 bədii filminin növbəti tizeri yayımlanıb
27 sentyabr, 2026 / 16:44
Fly to Baku festivalı çərçivəsində nümayiş olunan sərgilərin proqramı açıqlanıb
24 sentyabr, 2026 / 12:06
Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş Sabaha doğru sənədli filmi hazırlanıb
20 sentyabr, 2026 / 13:10
Oktyabrda İçərişəhərdə qastronomiya festivalı keçiriləcək
18 sentyabr, 2026 / 16:36
Şuşada Milli Musiqi Günü münasibətilə tədbir keçirilib
18 sentyabr, 2026 / 15:25