Tanınmış italiyalı aktyor vəfat edib

Tanınmış italiyalı aktyor Nino Kastelnuovo 84 yaşında dünyasını dəyişib.

"Report" TASS-a istinadən xəbər verir ki, aktyor uzun sürən xəstəlikdən sonra Romada vəfat edib.

N.Kastelnuovo 28 oktyabr 1936-cı ildə Lekkoda anadan olub. Uzun müddət televiziyada çalışıb və bir çox filmlərdə rol alıb. Onun ən sevilən çıxışı 1964-cü ildə çəkildiyi "Şerburq çətirləri" (The Umbrellas of Cherbourg) musiqili filmində olub.

Qeyd edək ki, aktyor qlaukoma (yüksək göz təzyiqi) xəstəliyindən əziyyət çəkirdi.

Digər xəbərlər

Macar rejissor Bela Tarr vəfat edib 06 yanvar, 2026 / 16:30