Hollandiyada Van Qoqun naməlum rəsm əsəri tapılıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Hollandiyada Vinsent Van Qoqun naməlum rəsm əsəri tapılıb.

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.

Van Qoqun olduğu güman edilən əsər rəssamın Drente şəhərindəki ev-muzeyinə verilib. Rəsm əsəri Van Qoqun üslubuna çox oxşardır, əsərin küncündə isə "Vinsent" imzası var.

Bununla belə, rəsm əsərinin həqiqiliyini müəyyən etmək üçün bir il vaxt lazım gələcək.

Digər xəbərlər