Fransanın caz qrupu Bakıda konsert verəcək

Bakı. 19 sentyabr. REPORT.AZ/ Fransanın "Trio Initiatives" caz qrupu Bakıda konsert proqramı ilə çıxış edəcək. 

"Report" xəbər verir ki, konsert Azərbaycan paytaxtında keçiriləcək Beynəlxalq Jazz Festivalı çərçivəsində baş tutacaq.

Qrup oktybarın 20-də "Rotunda Jazz Club"da səhnəyə çıxacaq. 

"Trio Initiatives" qrupu Jan-Kristof Şole (fortepiano), Qildas Boklen (kontrabas) və Simon Berniyeden (baraban) ibarətdir.

Qrup yazılı və improvizəli əsərlər səsləndirəcək.

Konsert saat 20.00-da başlayacaq. 

Digər xəbərlər

Macar rejissor Bela Tarr vəfat edib 06 yanvar, 2026 / 16:30