Əməkdar müəllim, bədii qiraətçi Nadir Hüseynov vəfat edib

Əməkdar müəllim, bədii qiraətçi Nadir Hüseynov vəfat edib.

Bu barədə "Report"a Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univetsitetindən məlumat verilib.

Qeyd edək ki, Nadir Hüseynov 1952-ci il aprel ayının 25-də Salyanın (indiki Neftçala) Qırmızıkənd kəndində anadan olub.

Nadir Hüseynovun ilk uğuru 1975-ci ildə Lelinqradda keçirilən Ümumittifaq bədii qiraətçilər müsabiqəsindən başlayıb. O, bu müsabiqənin diplomantı olub. Sonrakı illərdə N.Hüseynov televiziya verilişləri, yubileylər, tədbirlər də aparıcı olub. Xüsusilə də Azərbaycan Dövlət Televiziyasında "Ozan" folklor toplusu verilişinin aparıcısı olub, O, mütəxəssis müəllim kimi uzun müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Səhnə danışığı" fənnini tədris edib.

2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Əməkdar müəllim fəxri adı ilə təltif edilib.

Digər xəbərlər