Bu gün Azərbaycan kinosunda rejissor çatışmazlığı var.
Bu fikirləri "Report"a müsahibəsində Əməkdar artist Mirzə Ağabəyli deyib.
Aktyor buna görə də yerli müair kino sketorunda problemlərin olduğunu bildirib: "Aktyoru aktyor edən kimdir? Rejissor. Yaxşı rejissor varsa, kino da ayaqdadır, aktyor da, aktrisa da".
Əməkdar artist mədəniyyətin digər sahələrində də ciddi boşluqların olmasından gileylənib:
"Tək kinoda deyil, indi mədəniyyətin hər sahəsində çox ciddi boşluqlar var. Çünki artıq korifeylər yoxdur. Onlar dünyadan köçdükcə öz yerlərində, öz sahələrində boşluqlar yaranır".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.