Bəzi aktyorlar teatrı tənqid edərək, aləmi bir-birinə qataraq fəxri ad alıblar.
Bu fikirləri "Report"a müsahibəsində Əməkdar artist Mirzə Ağabəyli deyib.
Onun sözlərinə görə, fəxri ad məsələsi həmişə problemli olub:
"Burada elə aktyorlar olub ki, ad vermirdilər, gedib televizorda teatr haqqında nə gəldi, necə gəldi, danışırdı, tənqid edirdi, aləmi qatırdı bir-birinə. Nəticədə, tez-bazar götürüb ad verirdilər ona. O vaxt da belə idi, indi də, gərək üzün olsun, gərək üzə salasan".
Aktyor fəxri adın onun üçün o qədər də əhəmiyyətli olmadığını bildirib:
"Mənim üçün ad əsas deyil. Qətiyyən. Amma bəzən baxırsan ki, haqsızlıqlar olur. Kiminsə irili-xırdalı, dəxilli-dəxilsiz çəkildiyi bütün filmlərin siyahısını dərc edirlər, aparıb verirlər lazımi yerlərə və ad alırlar".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.