Bakı. 3 aprel. REPORT.AZ/ Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi 6-cı Seul Guro Beynəlxalq Uşaq Filmləri Festivalının müsabiqə mərhələsinə dəvət alıb.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, festival 2018-ci il may ayında Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilmiş filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.