Ceki Çan Moskvada Çin kinosu festivalının açılışında iştirak edəcək

Bakı. 5 noyabr. REPORT.AZ/ Dünya şöhrətli aktyor Ceki Çan Moskvaya səfərə gedəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, Honkonqda doğulmuş məşhur aktyor Rusiya paytaxtında Çin kinosu festivalının açılışında iştirak edəcək.

Kinoforumun təntənəli açılış mərasimi noyabrın 8-də keçiriləcək.

Festivalın ilk günü qonaqlara Ceki Çanın baş rolu ifa etdiyi "İz ilə" komediyalı döyüş filmi nümayiş etdiriləcək. Tamaşaçılar həmçinin 2015-2016-cı illərdə çəkilmiş müxtəlif janrlı Çin filmlərini də izləyə biləcək.

Digər xəbərlər