Cazmen Salman Qəmbərovun konserti olacaq

Bakı. 5 oktyabr. REPORT.AZ/ Tanınmış musiqiçi, cazmen Salman Qəmbərov qrupu ilə birlikdə konsert proqramı ilə çıxış edəcək.

"Report" xəbər verir ki, konsert oktyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Konsertdə S.Qəmbərov caz qrupu ilə birlikdə caz kompozisiyalarını səsləndirəcək.

Konsert Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində təşkil edilir.

Digər xəbərlər